Bazar, 05 May

"Bir gecədə Rusiyanın 20 anbarını məhv etdik" - Ukrayna Prezidentinin Ofisi

image

“Ötən gecə Rusiyanın arxa cəbhədə 20-dək silah-sursat anbarını məhv etmişik”.

Xəbər verilir ki, bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Oleksey Arestoviç ABŞ-ın HIMARS reaktiv yaylım atəşi sisteminin üstünlüyündən danışarkən vurğulayıb.

Onun sözlərinə görə, Rusiya hərbçilərinin irəliləməsinin qarşısını almaq üçün onların arxa cəbhəsində anbarlarının məhv edilməsi çox vacibdir:

“70 km-lik məsafəyədək dəqiq zərbə nəticəsində rəqib yeni anbarları cəbhə xəttindən uzaqlaşdıracaq. Bu, öz növbəsində logistikanın çətinləşməsi, sursatın çatdırılması sürətinin və miqdarının azalması deməkdir”.

O qeyd edib ki, ABŞ Ukraynaya verdiyi HIMARS rəqibin 300 km-lik məsafədəki hədəfini də məhv edə bilir.

Xatırladaq ki, ABŞ Ukraynaya 4 HIMARS reaktiv yaylım atəşi sistemi verib və 400 milyon dollar əlavə hərbi yardım ayırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15